Türkiyənin "Beşiktaş" klubunun Moskva "Lokomotiv"inin yarımmüdafiəçisi Dmitri Barinov üçün göndərdiyi təklifin detalları açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "RB Sport" yayıb.
Xəbərə görə, "qara qartallar" "dəmiryolçular"a 1,5 milyon avro ödəmək istəyib. Lakin Barinova görə 4 milyon avro istəyən ruslar İstanbul nəhənginin nümayəndələrinə "yox" deyiblər. Mənbə "Beşiktaş"ın futbolçunun özünə illik 1 milyon avro əməkhaqqı verməyi nəzərdə tutduğunu da diqqətə çatdırıb və türklərin hazırda "Lokomotiv"ə yeni təklif hazırladığını bildirib.
Qeyd edək ki, "Transfermarkt" portalı Barinovun transfer qiymətini 9 milyon avro ilə dəyərləndirir.
Nihat