"Çelsi"dən ayrıldıqdan sonra hələ də işsiz olan Tomas Tuxel yenidən İngiltərəyə qayıda bilər.
Fanat.Az xəbər verir ki, bu barədə “Evening Standard” məlumat yayıb.
Mənbə alman məşqçinin “Tottenhem”də məşqçilik karyerasını bərpa etməkdə maraqlı olduğunu bildirib. Klub rəhbərliyinin Antonio Konte ilə münasibətləri pisləşib. İtaliyalı mütəxəssisin "Tottenhem"lə müqaviləsi 2023-cü ilin yayına qədər qüvvədədir. Onun uzadılması ehtimalının az olduğu bildirilir.
Tuxel "Çelsi"dən 2022-ci ilin sentyabrında uzaqlaşdırılıb. O, 2021-ci ildə "Çelsi" ilə Çempionlar Liqasının qalibi olub.
Mirağa