"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu İtaliya Superkubokunun finalında "Milan" üzərində qazandıqları qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport" onun dediklərini belə çatdırıb:
"Bu qələbə mənim üçün çox vacib idi. Çox xoşbəxtəm. Komanda yoldaşlarıma və azarkeşlərə təşəkkür edirəm. Sübut etdik ki, onlardan güclüyük. "Milan" çempionluğu bayram edən zaman səsləndirilən fikirlərdən sonra sussam da, qisas almaq istəyirdim. Açığı özlərini elə aparacaqlarını düşünmürdüm.
Bu gün isə "Milan"ı "yedik" və evlərinə göndərdik. İndi bizə hörmət etmək etməyə məcburdurlar".
Nihat