Xorvatiya millisinin hücumçusu Marko Livaya karyerasını Türkiyədə davam etdirə bilər.
Fanat.Az "Ajansspor"a istinadən xəbər verir ki, "Hayduk"un oyunçusu Türkiyənin "Konyaspor" klubundan təklif alıb.
“Konyaspor”un baş məşqçisi Aleksandr Stanoyeviç onu israrla sərəncamında görmək istəyir: "Stanoyeviçin gəlişindən sonra komandanın hücum xəttinin gücləndirilməsinə başlanıb. "Konyaspor" xorvatiyalı ulduz Marko Livayanı heyətinə qatmaq istəyir. Klub onu yaxından izləyir. 29 yaşlı hücumçunu “Trabzonspor” da istəyir".
Livaya bu mövsüm "Hayduk"un heyətində 21 oyuna çıxaraq 11 qol vurub, 9 məhsuldar ötürmə edib. "Transfermarkt" onun dəyərini 8 milyon avro qiymətləndirir.
Mirağa