"Barselona"nın hücumçusu Memfis Depay karyerasını digər İspaniya nəhəngində davam etdirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbə Depayın "Atletiko Madrid"lə anlaşdığını və bu gün tibbi müayinədən keçmək üçün İspaniyanın paytaxtına yollandığını açıqlayıb. Bu keçidin "Atletiko"ya 3-4 milyon avroya başa gəldiyi bildirilib.
Qeyd edək ki, Depay cari mövsüm "Barselona" forması ilə 2 çempionat matçına çıxaraq 1 qol vurub.
Nihat