"Barselona"nın hücumçusu Ferran Torres psixoloqa müraciət edib.
Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Alfredo Martines yayıb.
O, bildirib ki, cari mövsüm zəif çıxış edən futbolçuda psixoloji problemlər yaranıb. Bu səbəbdən Torres həkim köməyinə ehtiyac duyub.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 21 matçda meydana çıxan forvard cəmi 5 qola imza atıb.
Röya