"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola "Arsenal"ın Mikel Artetanın rəhbərliyi altında qazandığı nəticələrlə bağlı fikirlərini açıqlayıb.
Fanat.Az "Euro Football"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis "Tottenhem"lə bu gün keçiriləcək oyundan əvvəl baş tutan mətbuat konfransında çempionluq yarışında əsas rəqibinin ünvanına tərif yağdırıb:
"Mən Artetanın uğurundan çox məmnunam. Mikel hələ də bilmir ki, o, "Mançester Siti"də olarkən ondan çox şey öyrənmişəm".
Xatırladaq ki, "Arsenal"ın çalışdırıcısı 2016-209-cu illərdə "Mançester Siti" klubunun məşqçilər korpusunda yer alıb.
“Arsenal” çempionluq uğrunda mübarizədə “Mançester Siti”ni 8 xal qabaqlayır.
Mirağa