"Olimpik Lion"un hücumçusu Mussa Dembele karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira şəxsi "Twitter" hesabı üzərindən yayıb.
Xəbərə görə, "Aston Villa" artıq transferi reallaşdırmaq üçün Fransa təmsilçisi və Dembelenin agenti ilə danışıqlara başlayıb.
Qeyd edək ki, sözügedən futbolçunun "Olimpik Lion"la müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Nihat