Ötən gün “Əl-Nəsr”də debütünü reallaşdıran Kriştianu Ronaldu PSJ ilə yoldaşlıq oyunundakı emosiyalarını bölüşüb.
Fanat.Az xəbər verir ki, 37 yaşlı portiqaliyalı hücumçu Lionel Messinin komandası ilə görüş barədə öz Twitter səhifəsində paylaşım edib.
“Meydana qayıtdığım və qol vurduğum üçün xoşbəxtəm! Köhnə dostları görmək çox xoşdur!"
So happy to be back on the pitch, and on the score sheet!! And nice to see some old friends!👍🏼 pic.twitter.com/qZqKGHsrVD
— Cristiano Ronaldo (@Cristiano) January 19, 2023
PSJ klubu isə Ronaldunun parisli ulduzlarla görüşündən qısa video paylaşıb:
Incroyable séquence! 🤩🤝
— Paris Saint-Germain (@PSG_inside) January 19, 2023
Merci Riyadh! ❤️💙#PSGRiyadhSeasonTeam #PSGQatarTour2023 pic.twitter.com/gBoE0oEwIK
Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və "Əl-Hilal" klublarının futbolçularından ibarət komanda ilə Fransa PSJ-si arasında yoldaşlıq oyununda 9 qol vurulub. Fransa təmsilçisi 5:4 hesabı ilə qalib gəlib.
Mirağa