"Arsenal"ln hücumçusu Bukayo Saka İngiltərə Premyer Liqasının 19-cu turunun oyununda - "Mançester Yunayted"i 3:2 hesabı ilə yendikləri matçda qollardan birinin müəllifi olub.
Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar"ın qapısına yol tapan 21 yaşlı futbolçu İPL-də vurduğu qolların sayını 7-yə çatdırıb.
Saka 7 qol ötürməsi ilə diqqət mərkəzinə düşməyə də imkan tapıb. Cari mövsüm top-5 liqalarda məhsuldarlıq göstəricisi Sakanınkı kimi 7+7 və bundan yüksək olan daha 3 futbolçu var.
Bunlar "Napoli"nin vingeri Xviça Kvaratsxeliya (7+9) və PSJ-nin ulduzları - Lionel Messi ilə (8+10) Neymardır (11+10).
Nihat