Fransa millisinin forvardı Olivye Jiru DÇ-2022-dən sonra yığmada oynayıb-oynamayacağı barədə qərarını qətiləşdirməyib.
Fanat.Az xəbər verir ki, bu ilin sentyabrında 37 yaşı tamam olacaq Olivyenin dediklərini "Canal + Sunday" belə çatdırıb:
"Əlbəttə, Uqo Lyorisin millidən getməsi məni də düşünməyə vadar etdi. Onunla xüsusi münasibətimiz var. Ancaq hazırda Fransa yığmasında oynamaq istəyirəm.
Millinin mart toplanışına qatılmaq istəyirəmmi? Hər şey ola bilər. Hələ yığmadan getdiyimi açıqlamamışamsa, deməli, məni də çağıra bilərlər. Hər şeydən öncə göy formanı yenidən geyinmək istəyib-istəmədiyimi özümdən soruşmalıyam. Bu, mənim üçün ən önəmli məsələdir. Hələ yekun qərarımı verməmişəm".
Xatırladaq ki, Fransa millisi DÇ-2022-nin finalında Argentina seçməsinə oyunsonrası penaltilərlə uduzub.
Nihat