“Əl-Nasr”ın baş məşqçisi Rudi Qarsiya Kriştianu Ronaldunun Ərəb Liqasındakı debütü ilə bağlı fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, "The National News" Qarsiyanın Ronaldunun necə oynamalı olduğunu barədə dediklərini belə çatdırıb:
"Oyunçularımın həmişəki kimi oynaması və həmişə topu Kriştianuya verməyə çalışmaması çox vacibdir. Onlara dedim ki, meydanda düzgün seçim etməlidirlər. Açığı, Kriştiano və ya Taliska sərbəst olanda və topu istədikdə, topu onlara verməliyik. Bu iki oyunçu fərq yaratmağa qadirdir.
Düşünürəm ki, bəzən yaxşı imkanlarımız olurdu, lakin rəqibin cərimı meydançasında kifayət qədər çoxalmırdıq. Bəzən nə Ronaldu, nə də Taliska orada olmurdu. Onlardan birinin rəqib meydançasında olmasını, digərinin isə ondan arxada oynamasını təmin etmək üçün çalışmalıyıq".
Mirağa