“Verona”nın müdafiəçisi Koray Günter Rusiya klubuna keçə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "RB Sport" türk əsilli futbolçunun agenti Ersin Akana istinadən məlumat yayıb.
O, müştərisinin Rusiya klublarından birinə keçmə ehtimalını dəyərləndirib. Daha əvvəl mətbuatda adı ÇSKA, "Spartak" və "Lokomotiv"lə çəkilən futbolçusunun bunlardan hansına keçə biləcəyi barədə suala: "Çox güman ki, "Spartak"a" - deyə, cavab verib.
İtaliya A Seriyasının cari mövsümündə Koray Günter “Verona”nın heyətində 14 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.
Türk əsilli alman futbolçu karyerası ərzində "Borussiya Dortmund", "Qalatasaray" və "Cenoa"nın da şərəfini qoruyub.
Mirağa