Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Fanat.Az ötən gün baş tutan transfer xəbərlərini təqdim edir:
***
Polşa yığmasının yeni baş məşqçisi bəlli olub. Komandaya portuqaliyalı mütəxəssis Fernando Santos rəhbərlik edəcək. 68 yaşlı mütəxəssis milli komandaya DÇ-2026-nın sonuna qədər rəhbərlik edəcək.
***
İspaniyanın “Valyadolid” klubu “Brügge”dən Kayl Larini transfer edib. Kanadalı forvard mövsümün sonuna kimi icarə əsasında “Valyadolid”də çıxış edəcək. Müqavilədə satınalma maddəsi var.
***
Fransanın “Tuluza” klubu heyətinə iki futbolçu cəlb edib. Liqa 1 təmsilçisi Polşa “Stal”ından (Meleç) hücumçu Səid Hamuliçi və İsveçrənin “Yanq Boyz” komandasında yarımmüdafiəçi Vinsent Sierronu transfer edib. 22 yaşlı Hamuliçin sözləşməsi 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. 27 yaşlı Sierronun müqaviləsi ilə 2026-cı ilin yayına qədərdir.
Röya