PSJ-nin ulduz futbolçusu Kilian Mbappe komandanın vitse-kapitanı təyin olunub.
Fanat.Az xəbər verir ki, bunu Paris təmsilçisinin baş məşqçisi Kristof Qaltye açıqlayıb.
"Goal" fransalı mütəxəssisin sözlərini belə çatdırıb: "Biz hələ mövsümün əvvəlində Kilian Mbappenin vitse-kapitan olmasına qərar verdik. O, buna layiqdir".
Qeyd edək ki, 24 yaşlı hücumçu 2018-ci ildən PSJ-də çıxış edir. Forvard bu mövsüm bütün turnirlərdə 23 oyunda iştirak edib və 20 qola imza atıb.
Röya