Jorji Jezuşun sol cinah müdafiəçisi istəyi ilə axtarışlarını davam etdirən "Fənərbağça" “Parma"ya məxsus niderlandlı Cayden Oostervolde ile anlaşma mərhələsinə yaxındır.
Fanat.Az xəbər verir ki, İtalyan jurnalist Fabritsio Romanonun iddiasına görə "sarı-lacivərd"lər Jorji Jezuşun israr etdiyi niderlandlı "solçu" ilə hər məsələdə anlaşıb.
“Parma” klubuna daha əvvəl təklif olunan və rədd edilən 6 milyon avroluq "bazarlığ"a yenidən baxılıb.
"Fənərbağça" "Parma"nın inadını qıracaq son təklifi edib. Beləki, İstanbul nəhəngi bu dəfə 7,5 milyon avro+bonus rəsmi təklifi ilə "Parma"nın qapısını döyüb.
İtalyan jurnalist "Parma"nın bu təklifi geri çevirməyəcəyinə inanır. Belə getsə, Oostervolde Samet Akaydından sonra qış transfer dönəmində "Fənərbağça"nın ikinci transferi olacaq.
Rafael