"Milan"ın futbolçusu Brahim Dias vətəndaşlığını dəyişib.
Fanat.Az xəbər verir ki, o, Mərakeş millisində çıxış edəcək.
Bu barədə jurnalist Lino Bakko məlumat verib.
Mənbənin məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi martda keçiriləcək təlim-məşq toplanışında mərakeşlilərə qoşulacaq.
Diasın İspaniyanın Malaqa şəhərində anadan olmasına baxmayaraq, onun valideynləri Mərakeş köklərinə malikdir. O, İspaniyanın U-17, U-19 və U-21 komandalarında çıxış edib, 2021-ci ildə isə bu ölkənin əsas komandasında 1 matça çıxıb.
Mirağa