"Barselona"nın qadınlardan ibarət komandası İspaniya liqasında (Liqa F) ardıcıl 50 (!) qələbə qazanaraq tarixə düşüb.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, ötən gün "Estadio Johan Cruyff" stadionunda "Levante" üzərində 7:0 hesablı qələbə yeni rekordla əlamətdar olub.
Kataloniyalılar həmçinin, 2019-cu ildən bəri evdə məğlub olmayan yeganə komandadır.
2021-ci ilin iyununda "Atletiko Madrid"ə səfərdə 3:4 hesabı ilə uduzan "Barselona" o vaxtdan bu yana keçirdiyi 50 matçın hamısında qalib gəlməklə yanaşı, bu görüşlərdə 247 qol vurub - hər oyunda orta hesabla beşdən bir qədər az - və cəmi 19 qol buraxıb .
Mirağa