Səudiyyə Ərəbistanı Kubokunun yarımfinalında Kriştianu Ronaldunun komandası "Əl-Nəsr"lə üz-üzə gələcək "Əl-İttihad"ın müdafiəçisi Marsel Tisseran portuqaliyalı ulduyz barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Footmercato" onun dediklərini belə çatdırıb:
"Əlbəttə, Ronaldu özünü formada saxlayır. Amma onun ayaqları artıq 20 yaşındakı kimi deyil. Artıq Kriştianuya komanda yoldaşlarının dəstəyi daha çox lazımdır. Məncə, uyğunlaşma prosesini qısa zaman kəsiyində tamamlayacaq".
Qeyd edək ki, "Əl-Nəsr" "Əl-İttihad"la bu gün, Bakı vaxtı ilə 22:00-da qarşılaşacaq.
Nihat