"Atletiko Madrid"in qapıçısı Yan Oblak İspaniya Kubokunun 1/4 final matçından - "Real Madrid"ə 1:3 hesabı ilə uduzduqları qarşılaşmadan sonra hakimlərin "Kral klubu"na kömək etdiyini açıqlayıb.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, qolkiper referinin "Real"ın yarımmüdafiəçisi Daniel Sebalyosu qovmalı olduğu halda, ona ikinci sarı vərəqəni göstərmədiyini bildirib:
"Məncə, Sebalyos qovulmalı idi. Bu epizod biz 1:0 hesabı ilə öndə olduğumuz zaman qeydə alındı. Amma ədalət təmsilçiləri öz bildikləri kimi qərar verdilər. Hakimlərin "Real"ın xeyrinə qərarlar verməsinə öyrəşmişik. Əlbəttə, çətin idi. Qol vurmaq üçün bacardığımızı etdik".
Qeyd edək ki, hakim son Madrid derbisində "Atletiko"nun müdafiəçisi Stefan Saviçi iki "sarı" ilə meydandan qovub və bundan sonra daha 2 qol vuran "Real" qələbə qazanıb.
Nihat