PSJ-nin qapıçısı Keylor Navas karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "L'Equipe" yayıb.
Xəbərə görə, hazırda Paris təmsilçisi Navasa elçi düşən "Nottingem Forrest"lə danışıqları davam etdirir. Mənbə icarəyə veriləcəyi halda, Fransa klubunun maaş məsələsində futbolçuya güzəşt etməyəcəyini, onun yalnız sözügedən İngiltərə klubundan əməkhaqqı alacağını vurğulayıb.
Qeyd edək ki, 2019-cu ildən PSJ-də olan 36 yaşlı qolkiper əsas əsas heyətdəki yerini itirib. Kosta-rikalı "çərçivə" qoruyucusu komandanın əsas qapıçısı Canluici Donnarummanın əvəzedicisidir.
Nihat