"Valensiya" heyətini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, informasiyanı " Relevo" yayıb.
Xəbərə görə, "yarasalar" "Atletiko Madrid"in 28 yaşlı yarımmüdafiəçisi Saul Nyigesin xidmətində maraqlıdır və bu futbolçunu 18 aylıq icarəyə götürmək üçün paytaxt klubuna rəsmi təklif göndərib. Mənbə "Valensiya"nın illik maaşı 7 milyon avro olan Saulun əməkhaqqısının müəyyən hissəsini ödəmək istədiyini və sonradan onun transfer hüquqlarına yiyələnməyi planlaşdırdığını vurğulayıb.
Qeyd edək ki, bu mövsüm "Atletiko" forması ilə 21 matça çıxan Nyiges 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat