"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr əsas heyətdəki yerini itirməsinə münasibət bildirib.
Fanat.Az "ITV.com"a istinadən xəbər verir ki, 29 yaşlı oyunçu belə danışıb:
"29 yaşım var və ilk dəfədir ki, belə vəziyyətə düşmüşəm. Ehtiyat oyunçu olmağa öyrəşmək fikrim yoxdur. Ancaq bu durum da futbolun ayrılmaz hissəsidir.
Hər gün öz üzərimdə çalışmağa davam edirəm. Bilirik ki, komandada rəqabət olmalıdır. Bir neçə əla mərkəz müdafiəçimiz var. Mövsümün sonuna qədər komandanın hər birimizə ehtiyacı olacaq".
Qeyd edək ki, bu mövsüm İngiltərə Premyer Liqasında 8 oyuna çıxan Maquayr məhsuldar göstəricilərlə yadda qalmayıb.
Nihat