"Çelsi" rəsmi saytı vasitəsi ilə növbəti transferini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Olimpik Lion"un 19 yaşlı müdafiəşisi Malo Qüsto "zadəganlar"la müddəti 2030-cu ilin yayına qədər olan müqavilə bağlayıb.
Malonun cari mövsümü Fransa klubunda başa vuracağı bildirilib.
“Çelsi” bu transfer üçün Fransa klubuna 30 milyon avro ödəyib. Əlavə bonuslarla “Olimpik” 35 milyon avro qazanacaq.
Qeyd edək ki, 2016-cı ildən "Olimpik Lion"da olan Qüsto bu mövsüm Fransa çempionatında 15 matça çıxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat