"Sevilya"dan ayrılan İskonun karyerasını harada davam etdirə biləcəyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Florian Plettenberq şəxsi "Twitter" hesabı üzərindən yayıb.
Xəbərə görə, onun xidmətində Almaniyanın elita təmsilçilərindən olan "Union" maraqlıdır. Bundesliqa klubunun hazırda azad agent statusu daşıyan sabiq "Real Madrid"li ilə danışıqlara başladığı bildirilib.
Xatırladaq ki, İsko bu ilin yayında "Sevilya"ya keçmişdi. Əndəlüs təmsilçisində 19 rəsmi matça çıxan 30 yaçlı futbolçu 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat