"Napoli"nin baş məşqçisi Luçano Spalletti İtaliya A Seriyasının 20-ci turu çərçivəsində keçirilən oyunda "Roma" üzərində qazandıqları qələbəni (2:1) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, onun dediklərini " Football Italia" belə çatdırıb:
"Belə oyunlarda yalnız məşqçilər və futbolçular qələbəyə inandıqları halda, 3 xal qazana bilərsən. Meydana sonradan çıxanlar sübut etdilər ki, hələ ehtiyat oyunçular skamyasında əyləşdikləri vaxtda da ruhən meydanda olublar. Komandamızın əsas keyfiyyəti budur. Şadam ki, hamı eyni dalğadadır və "Napoli" əsl komanda kimi mübarizə aparır".
Qeyd edək ki, "Napoli" 53 xalla A Seriyasının lideridir. İkinci pillədəki "İnter" Neapol təmsilçisindən 13 xal geri qalır.
Nihat