"Nyukasl"ın yarımüdafiəçisi Conco Şelvinin yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, 30 yaşlı futbolçu "Nottingem Forrest"lə razılığa gəlib. Mənbə onun tibbi müayinədən keçəndən sonra rəsmi anlaşmaya imza atacağını vurğulayıb.
Qeyd edək ki, Şelvi 2010-2013-cü illər aralığında "Liverpul"un formasını geyinib.
Nihat