PSJ-nin hücumçusu Kilian Mbappe "Reyms"lə Liqa 1 çərçivəsində keçirilən matçdan əvvəl isinmə hərəkəti zamanı komanda yoldaşı Neymarın dəqiqliyinə heyran olub.
Fanat.Az xəbər verir ki, braziliyalı ulduz Mbappenin düz önündən qapıya əla zərbə endirib. Fransa millisinin üzvü Neymarın "doqquzluğ"u nişan almasına heyrətlə reaksiya verib.
🤣 Impressionné, Kylian Mbappé ?
— Prime Video Sport France (@PVSportFR) January 29, 2023
La réaction incroyable du Français sur le coup franc de Neymar à l'échauffement ! #PrimeVideoLigue1 I #Ligue1UberEats pic.twitter.com/KFojGnd0Zn
Neymar “Reyms”lə matçda da qol vurub. Bununla belə, parislilər qələbə qazana bilməyiblər. 51-ci dəqiqədə Neymar PSJ-ni hesabda irəli çıxarsa da, rəqib son dəqiqələrdə hesabı bərabərləşdirib - 1:1.
Mirağa