PSJ-nin ispan müdafiəçisi Serxio Ramos Səudiyyə Ərəbistanında və ya ABŞ-da peşəkar karyerasını davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə Mundo Deportivo məlumat yayıb.
36 yaşlı ispaniyalının müqaviləsi bu yay başa çatır. Mənbənin iddiasına görə, futbolçunun gələcəyi cari mövsüm Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bavariya” ilə oyunlarından sonra müəyyənləşəcək.
Ramos PSJ-dən ayrılacağı təqdirdə, iki seçimi olduğu bildirilir: "Real Madrid"də bir yerdə top qovduğu komanda yoldaşı Kriştiano Ronaldunun şərəfini qoruduğu "Əl-Nasr" klubu, digər variantlardan biri isə MLS klublarından biridir.
Serxio bu mövsüm PSJ-nin heyətində bütün yarışlarda 27 oyuna çıxıb. İspan müdafiəçinin hesabına bir qol və bir məhsuldar ötürmə var.
Ramos və parislilər arasında mövcud müqavilə 30 iyun 2023-cü ilə qədərdir.
Rafael