Portuqaliyanın "Benfika" klubu komandadan ayrılması gündəmdə olan 22 yaşlı yarımmüdafiəçisi Entso Fernandesə əvəzləyici tapıb.
Fanat.Az xəbər verir ki, Argentina millisi ilə son dünya çempionatının qalibi adını qazanan Entso "Çelsi"yə satılacağı halda, "qartallar" "Boka Xuniors"un 21 yaşlı yarımmüdafiəçisi Alan Varelanı transfer edəcək.
Xəbərə görə, Portuqaliya təmsilçisi Türkiyə millisinin və "Feyenoord"un futbolçusu Orkun Kökçünü də nəzarətdə saxlayır. Mənbə Varelanın keçidi ilə bağlı problem yaranacağı təqdirdə, Orkunun əsas hədəfə çevriləcəyini vurğulayıb.
Qeyd edək ki, Orkun Kökçü Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün kiçik qardaşıdır.
Nihat