Milan "İnter"i PSJ-yə keçəcəyini özü də açıqlayan Milan Şkrinyara əvəzləyici tapa bilməyib.
Fanat.Az xəbər verir ki, informasiyanı "L'Équipe" yayıb.
Xəbərə görə, mövsümün sonuna - "qara-göylər"lə müqaviləsinin müddəti başa çatana qədər indiki iş yerini tərk etməyəcək Şkrinyar Paris klubuna yayda qoşulacaq. Mənbə A Seriyası təmsilçisinin yeni oyunçu tapa bilmədiyi üçün slovakiyalı stopperi Fransa klubuna satmamaq qərarına gəldiyini vurğulayıb.
Qeyd edək ki, Şkrinyar 2017-ci ildən "İnter"in uğurları üçün çalışır.
Nihat