PSJ-nin "Çelsi"dən icarəyə götürdüyü bildirilən Hakim Ziyeşin Paris təmsilçisinə keçidi baş tutmayacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "L 'Equipe" yayıb.
Xəbərə görə, "zadəganlar"ın Fransa klubuna göndərdiyi sənədlərdə yanlışlıq olduğu aşkarlanıb. London təmsilçisinin nümayəndələri səhvləri aradan qaldırıb yeni versiyanı qarşı tərəfə təqdim etsələr də, problemlərin yoluna qoyulması müəyyən vaxt aparıb və sənədlər transfer pəncərəsi bağlanandan 1 saat sonra ünvanına çatıb. Mənbə PSJ-nin Fransa Peşəkar Futbol Liqasının Hüquq Komitəsinə bununla bağlı appelyasiya şikayəti göndərdiyini, lakin müraciətin rədd edildiyini vurğulayıb. Bu üzdən keçidin baş tutmadığı və Ziyeşin "Çelsi"də qalacağı açıqlanıb.
Nihat