"Everton"un baş məşqçisi Şon Dayç hazırda azad agent statusu İsko ilə müqavilə bağlayacaqları haqda yayılan informasiyaları şərh edib.
Fanat.Az xəbər verir ki, mütəxəssis Liverpul klubunun rəsmi saytına danışıb:
"İsko? Bizə bu gün komandaya fayda verməyə hazır olan futbolçular lazımdır. Yəni heyətə qatacağımız futbolçunun hazırda hansı durumda olması, işimizə nə dərəcədə yaraya biləcəyi əsasdır. Əlbəttə, siyahı var və bir neçə oyunçunu nəzərdən keçiririk".
Qeyd edək ki, 2013-2022-ci illər aralığında "Real Madrid"in formasını geyinən 30 yaşlı İsko yarım mövsüm keçirdiyi "Sevilya"dan ayrılandan sonra klubsuzdur.
Nihat