"Real Madrid"in hücumçusu Kərim Benzema La Liqanın son turunda "Valesniya"ya qarşı keçirdikləri matçda (2:0) zədələnib.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, o, matçın ikinci yarısında qapıya zərbə endirəndən sonra ayağında ağrı hiss etməyə başlayıb və əvəzlənməsini istəyib.
60-cı dəqiqədə oyundan alınan futbolçu meydanı başını yelləyərək tərk edib ki, bu da onun üzülməsi anlamına gəlir.
Ulduz forvardın aldığı zədənin nə dərəcədə ciddi olduğu barədə rəsmi açıqlama yoxdur.
Nihat