Qana millisinin kapitanı Andre Ayyu karyerasını İngiltərədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, azad agent statusu daşıyan hücumçu "Nottingem Forrest"lə müddəti cari mövsümün sonuna qədər olan müqavilə imzalayıb.
Məlumatı İPL klubunun rəsmi saytı yayıb. Ayyu yeni komandasında 42 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Andrenin öncəki iş yeri "Əl-Sədd" olub. 33 yaşlı forvard "Əl-Sədd"lə olan sözləşməsini ötən ay pozaraq Qətər təmsilçisindən ayrılmışdı.
Nihat