İngiltərə millisinin və "Real Madrid"in sabiq yarımmüdafiəçisi Devid Bekhem PSJ-nin ulduzu Kilian Mbappe barədə danışıb.
Fanat.Az xəbər verir ki, ESPN veteran futbolçunun sözlərini belə çatdırıb:
"Kilian Mbappe meni heyran edən oyunçulardan biridir. Kilian hələ uzun müddət futbol ulduzlarından biri olacaq. Əgər indiki kimi oynamağa davam etsə, möhtəşəm futbolçulardan biri olacaq və uzun illər dominantlıq edəcək".
Röya