"Mançester Yunayted" "Barselona"nın futbolçusu Ansu Fati ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, məlumatı "Sky Sports" yayıb.
Xəbərə görə, "qırmızı şeytanlar" Kataloniyada oynamaq şansı qazanmayan hücumçuya əsas heyətdə yer almağı təklif edirlər.
Ancaq keçidin baş tutması üçün "Barselona" rəhbərliyi danışmaq lazım olacaq. Çünki Fatinin buraxılış qiyməti 1 milyard avrodur və onun klubu ilə müqaviləsi 2027-ci ildə başa çatır.
Röya