İngiltərənin "Mançester Yunayted" klubu bu gün 38 yaşı tamam olan Kriştianu Ronaldunu maraqlı şəkildə təbrik edib.
Fanat.Az xəbər verir ki, MY-nin mətbuat xidməti portuqaliyalı ulduzun indiki yox, 2003-2009-cu illərdə bu komandada olarkən çəkilmiş fotosunu paylaşıb:
Üzərinə "Doğum günün mübarək, Kriştianu" yazılan şəkil sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.