Milan "İnter"inin baş direktoru Cuzeppe Marotta komandanın slovakiyalı müdafiəçisi Milan Şkrinyarın kapitan sarğısından məhrum edilməsinin səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Marottanın dediklərini DAZN belə çatdırıb:
"Futbolda kapitan olmağın xüsusi mənası var. Kimsə bunun fərqli bir status olduğunu anlamırsa, deməli, biz də fərqli seçim etməliyik. Şkrinyarın kapitanlıqdan məhrum edilməsi intizam məsələləri ilə bağlı deyil. O, peşəkardır".
Qeyd edək ki, 27 yaşlı futbolçu qış transfer pəncərəsində PSJ-yə keçməyə yaxın olsa da, tərəflər təzminat məbləği ilə bağlı razılığa gələ bilmədikləri üçün Milan mövsümün sonuna - müqaviləsinin müddəti bitənə qədər "İnter"də qalacaq.
Nihat