Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
İnsayder Nikolo Skira: "Roma"nın yarımmüdafiəçisi Nikolo Dzanyolo "Qalatasaray"a keçib. 23 yaşlı italiya futbolçu ilə artıq müqavilə imzalanıb. Onun sözləşməsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub.
Daha öncə bu transferin qiymətinin 22 milyon avro olduğu bildirilirdi.
"Fichajes": "Torino"nun müdafiəçisi Perr Shürs komandasını dəyişə bilər. Hollandiyalı müdafiəçi "Atletiko Madrid" və "Lesterin maraq dairəsindədir.
"Sky Sports": Ralf Hazenhüttl "Hoffenhaym"ın baş məşqçisi ola bilər. 55 yaşlı avstriyalı mütəxəssis bu posta əsas namizəddir.
Röya