"Fənərbağça" klubu Türkiyədə baş verən zəlzələ səbəbi ilə köməyə ehtiyac olan insanlar üçün yardım kampaniyası başladıb.
Fanat.Az xəbər verir ki, artıq toplanan yardımların bir hissəsi zəlzələ bölgəsinə göndərilib.
Klubun başlatdığı bu kampaniyaya komanda üzvlərindən və əhalidən böyük dəstək gəlib.
Belə ki, vətəndaşlar tərəfindən "Şükrü Saracoğlu" idman kompleksinə yorğanlar, geyimlər, ərzaq və təmizlik ləvazimatları gətirlirib. Toplam 750 qutu yardım toplanıb və Kahramanmaraşa yola düşüb.
"Fənərbağça" klubunun bu addımı "Qalatasaray" tərədarları tərəfindən rəğbətlə qarşılanıb və onlar da azarkeşləri birlik sərgiləməyə dəvət ediblər.
Röya