"Roma" "Qalatasaray"a gedən Nikolo Dzanyolonun yerinə "Real Madrid"in sabiq ulduzunu ala bilər.
Fanat.Az xəbər verir ki, söhbət İskodan gedir.
"Calciomercato"nun yaydığı məlumata görə, 30 yaşlı ispaniyalı futbolçu azad agent qismində "Roma"ya təklif olunub.
İsko özü də Joze Mourinyunun komandasında yenidən formasını bərpa edəcəyinə ümid edir.
Qeyd edək ki, ötən ilin avqustunda azad agent qismində "Sevilya" ilə müqavilə bağlayan sabiq "Real Madrid"li ümidləri doğrulda bilmədiyi üçün ötən ay Əndəlüs klubundan ayrılıb.
Röya