Bir neçə gün öncə Fransa millisi ilə vidalaşdığını açıqlayan Rafael Varan "Zinəddin Zidan Didye Deşamı əvəzləsəydi, yığmada qalardınmı" sualını cavablandırıb.
Fanat.Az xəbər verir ki, "Get French Football News" onun dediklərini belə çatdırıb:
"Yox, bu, heç nəyi dəyişməzdi. Verdiyim qərarın Fransa Futbol Federasiyası, yığmanın digər futbolçuları və baş məşqçi postuna kimin namizəd olması ilə bağlı əlaqəsi yoxdur".
Xatırladaq ki, 29 yaşlı Varan "xoruzlar"ın heyətində 2013-cü ilin 22 mart tarixində debüt edib. Mərkəz müdafiəçisi ilk oyununu DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Gürcüstan yığmasına (3:1) qarşı keçirib. Ümumilikdə Fransa seçməsində 93 matça çıxan Rafael 5 qol vurub.
Nihat