FİFA-nın qadağası üzündən bu qış "zadəganlar"ı tərk edə bilməyən Pyer-Emerik Obameyanq karyerası ilə bağlı çıxış yolu tapıb.
Fanat.Az xəbər verir ki, qabonlu hücumçu MLS klubu "Los-Anceles"ə keçməyə hazırlaşır.
İnformasiyanı "Relevo" yayıb.
Mənbənin məlumatına görə, MLS klubu Obameyanqın transferi ilə bağlı "Çelsi" ilə danışıq aparır. Qadağaya görə, cari mövsüm artıq 2 klubda oynamağa imkan tapdığı üçün 3-cü komandada forma geyinə bilməz. Lakin bu qadağa MLS-ə şamil edilmir, çünki Amerika Liqası UEFA-nın yurisdiksiyasına daxil deyil. Obameyanq isə Avropa klublarında çıxış edib.
Qeyd edək ki, bu mövsüm "Çelsi" forması ilə bütün turnirlərdə 17 matça çıxan Obameyanq 3 qol və 2 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.
Mirağa