"Yuventus" bir neçə futbolçusu ilə vidalaşmağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, məlumatı "La Gazzetta dello Sport" yayıb.
Xəbərə görə, A Seriyası təmsilçisi 70 milyon avro qənaət etmək üçün əsas komandanın 5 üzvünü yollamaq fikrindədir.
Siyahıda yarımmüdafiəçi Adrien Rabyo, müdafiəçilər Aleks Sandro və Xuan Kaudrado, vinger Anxel Di Mariya, eləcə də icarə əsasında PSJ-dən gətirdiyi Leandro Paredes var.
Bu futbolçular yayda azad agent olacaq. Heç biri ilə müqavilə yenilənməsə, İtaliya klubu 70 milyon avro qənaət etmiş olacaq.
Röya