PSJ-nin mərkəz müdafiəçisi Presnel Kimpembe karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Todofichajes" yayıb.
Xəbərə görə, Presnelin xidmətində "Atletiko Madrid" maraqlıdır. Mənbə sözügedən İspaniya klubunun 27 yaşlı fransalını bu yay transfer etməyi planlaşdırdığını və ona görə PSJ-yə 25 milyon avro ödəməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, ölkəsinin yığmasının da üzvü olan Kimpembe 2013-cü ildən Paris klubundadır.
Nihat