"Liverpul" baş məşqçisi Yürgen Klopp ilə bağlı qərar verib.
Fanat.Az-ın xəbərinə görə, İngiltərə klubunun sahibi "Fenway Sports Group" şirkəti almaniyalı mütəxəssisə güvənir.
Məlumatı "Football insider" yayıb.
Xəbərə görə, rəhbərliyin Kloppa inamı böyükdür və pis mövsüm keçirən komandanın toparlanacağına inanırlar.
Qeyd edək ki, hazırda 29 xalı olan "Liverpul" 10-cu pillədə qərarlaşıb. "Mersisaydlılar" lider "Arsenal"dan 21 xal geri qalır.
Röya