Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"The Daily Mail": "Çelsi"nin futbolçusu Pyer-Emerika Obameyanq karyerasını MLS-də davam etdirə bilər.
Sentyabrda "Barselona"dan Londona qayıdan qabonlu hücumçu baş məşqçi dəyişikliyi və yeni transferlərdən sonra əsas heyətə düşməkdə çətinlik çəkir. Obameyanqın ABŞ-nin "Los-Anceles" klubunun diqqət mərkəzində olduğu bildirilir. Amerika təmsilçisi onu mundialdan sonra karyerasını bitirmək qərarını açıqlayan Qaret Beylə əvəzedici olaraq görür.
"Marca": "Real Madrid"in futbolçusu Dani Sebalyos "Atletiko Madrid" və "Milan"dan təklif alıb. 26 yaşlı futbolçu ilə müqavilə yenilənməsə, mövsümün sonunda komandasını azad agent kimi tərk edəcək.
Fanat.Az ötən gün baş tutan transfer xəbərlərini təqdim edir:
“Borussiya Mönhenqladbax" qapıçısı Yan Olxovski ilə müqaviləni yeniləyib. Bundesliqa təmsilçisi 21 yaşlı qolkiperlə sözləşmənin müddətini 2027-ci ilin yayına qədər uzadıb.
***
“İstanbulspor” Polşanın “Krakoviya” klubunun yarımmüdafiəçisi Florian Loşayı transfer edib. Kosovo yığmasının 26 yaşlı futbolçusu Türkiyə klubuna azad agent kimi keçib. Onunla müddəti 2027-ci ilin 30 iyununa kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Röya