"Barselona"nın Ansu Fatini hansı şərtlə satacağı məlum olub.
Fanat.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin məlumatına görə, kataloniyalılar cinah oyunçusu ala bilsə, 21 yaşlı futbolçusu ilə yollarını ayrıla bilər.
"Barselona"nın əsas transfer hədəfi isə "Atletiko Madrid"in vingeri Yannik Karraskodur.
Mənbə Fati ilə 7 klubun maraqlandığını bildirib ki, onlardan "Arsenal", "Tottenhem", "Bayern Münhen" və "Mançester Yunayted"in adı çəkilir.
Mirağa