Xorvatiya millisinin sabiq baş məşqçisi Miroslav Blajeviç vəfat edib.
Fanat.Az xəbər verir ki, məlumatı "TRT" Balkan yayıb.
87 yaşlı mütəxəssis uzun müddətli xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Blajeviç 1994-cü ildən 2000-ci ilə qədər Xorvatiya yığmasına rəhbərlik edib. Milli onun rəhbərliyi altında AÇ-96-in 1/4 final məhhələsinə adlayıb, DÇ-98-in isə bürünc medalını qazanıb.
Mərhumun son klubu "Zadar" olub. O, Xorvatiya klubundan 2015-ci ildə ayrılıb.
Röya